...

Azərbaycanda bankdan kənara köçürmələrin həcmi artıb

İqtisadiyyat Materials 7 Aprel 2026 21:49 (UTC +04:00)
Azərbaycanda bankdan kənara köçürmələrin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə bankdan kənara köçürmələrin həcmi 38,9 milyon manat (63,7 min əməliyyat) təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 22,8 min və ya 26,4% azalıb, köçürmələrin həcmi isə 1,8 milyon manat və ya 4,9% artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 611,2 manat təşkil edib ki, bu da 2025-ci ilin fevral ayı göstəricisi ilə müqayisədə 182,6 manat və ya 42,6% çoxdur.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC-də dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min karta çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti