Bakı. Trend:
Londonun "ICE" birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti 6 faizdən çox düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 6,17 faiz ucuzlaşaraq barrel üçün 103 dollara düşüb.
Bakı vaxtı ilə saat 01:07-yə qədər "Brent" markalı neftin qiyməti enişi yavaşlayıb və bir barrel üçün 103,75 dollara satılıb (5,48% azalma).