...

Cəzaçəkmə müəssisəsində yanğın baş verib - Birgə məlumat

Hadisə Materials 7 Aprel 2026 20:00 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsində yanğın baş verib - Birgə məlumat
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti