Bakı. Trend:
Litvanın Baş naziri İnqa Ruqinyene Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Trend-ə Litvanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın inkişafına yönələcək.
Qeyd edilib ki, bu səfər Litva və Azərbaycan arasında tərəfdaşlığın inkişafında, eləcə də xalqlar arasında əlaqələrin gücləndirilməsində mühüm addım kimi qiymətləndirilir.
