Bakı. Trend:
ABŞ ordusu elan edilmiş atəşkəsə uyğun olaraq İran ərazisinə zərbələri dayandırıb.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
Nəşr qeyd edib ki, Amerika administrasiyasının adı açıqlanmayan nümayəndəsi müvafiq məlumatı bildirib.
Qeyd edək ki, bundan əvvəl aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.
