...

“Modenis” MMC 50 min manat cərimələndi

İqtisadiyyat Materials 8 Aprel 2026 13:56 (UTC +04:00)
“Modenis” MMC 50 min manat cərimələndi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) və onun vəzifəli şəxsini cərimələyib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank tərəfindən 4 iyun – 18 iyul 2025-ci il tarixlərində “Modenis” MMC-də aparılan yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış pozuntularla əlaqədar olaraq, “Modenis” MMC İnzibati Xətalar Məcəlləsi-nin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs qismində 50 000 (əlli min) manat məbləğində cərimə olunub.

Bununla yanaşı, təşkilatın vəzifəli şəxsi də həmin maddələr üzrə 10 000 (on min) manat məbləğində inzibati cəriməyə məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti