Bakı. Trend:
Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ arasında atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.
Trend-in məlumatına görə, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Baş nazir bildirib: “İran İslam Respublikası və ABŞ-ın müttəfiqləri ilə birlikdə Livanda və digər bölgələrdə də tətbiq ediləcək, dərhal qüvvəyə minən atəşkəs barədə razılıq əldə olunduğunu elan etməkdən məmnunam”.
