Bakı. Trend:
Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Şimali Koreya Qərargah Rəislərinə istinadən xəbər verib.
Məlumata əsasən, raketlər yerli vaxtla səhər saat 08:50 radələrində Vonsan ərazisindən atılıb. Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket sınağıdır.