Bakı. Trend:
Atəşkəs elan edildikdən sonra iki həftə ərzində Hörmüz boğazından keçid sərbəst olacaq.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, Hörmüz boğazından təhlükəsiz keçid iki həftə ərzində mümkün olacaq", - deyə o bildirib.
O əlavə edib ki, "İrana hücumlar dayandırılarsa, İslam Respublikasının silahlı qüvvələri də müdafiə hücumlarını dayandıracaq".
