...

Rutte Vaşinqtonda Trampla görüşəcək

Dünya xəbərləri Materials 8 Aprel 2026 07:33 (UTC +04:00)
Rutte Vaşinqtonda Trampla görüşəcək

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü ABŞ-yə səfər edəcək və aprelin 12-dək Vaşinqtonda olacaq.

Trend-in məlumatına görə, bu barədə NATO-nun Brüsseldəki qərargahından məlumat verilib.

Məlumata görə o, ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşəcək.

Rutte aprelin 9-da Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə çıxış edəcək, aprelin 10–12-də isə Bilderberq Klubunun konfransında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti