...

İranın Lavan neftayırma zavoduna hücum olunub

Dünya xəbərləri Materials 8 Aprel 2026 14:14 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 10 radələrində İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Lavan adasında Lavan neftayırma zavodunun obyektlərinə hücum edilib.

Trend-in məlumatına görə, bununla əlaqədra İranın Neft Məmulatlarının Emalı və Distributorluğu Milli Şirkəti məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində obyektlərdə yanğın baş verib. Hazırda xilasetmə və yanğınsöndürmə briqadaları yanğını söndürməkdədir.

Obyektlərdəki əməkdaşların zamanında təxliyə edilməsi ilə indiyədək heç bir ölüm faktı qeydə alınmayıb. Şirkət hücumun hansı ölkə tərəfindən PUA və ya raketlə həyata keçirildiyinə aydınlıq gətirməyib

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti