...

Metroda tikintiyə görə bəzi avtobuslar pulsuz işləyə bilər

Gündəm Materials 8 Aprel 2026 12:38 (UTC +04:00)
Metroda tikintiyə görə bəzi avtobuslar pulsuz işləyə bilər
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Metronun “28 May” və “Nizami” stansiyaları tunel bağlı olduqda həmin iki stansiya arasında yerüstü nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsiz olması məsələsi müzakirə edilir.

Trend xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasında müzakirələr davam etdirilir.

“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyəti qurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqda avtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil, ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti