...

EIA Avropada maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Energetika Materials 8 Aprel 2026 13:40 (UTC +04:00)
EIA Avropada maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozlarını açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:

Avropada neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə gündə 14,15 milyon barel, 2027-ci ildə isə orta hesabla gündə 14,18 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı aprel hesabatında bildirilir.

EIA-nın qiymətləndirməsinə görə, Avropada qeyd olunan məhsulların 2026-cı ildə rüblər üzrə hasilatı belə olacaq: birinci rübdə – orta hesabla gündə 13,76 milyon barel, ikinci rübdə – 14,15 milyon barel, üçüncü rübdə – 14,56 milyon barel, dördüncü rübdə isə – 14,13 milyon barel.

EIA-nın 2027-ci il üçün Avropada neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu isə belədir: birinci rübdə – 13,76 milyon barel, ikinci rübdə – 14,18 milyon barel, üçüncü rübdə – 14,60 milyon barel, dördüncü rübdə isə – 14,16 milyon barel.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti