Çempionlar Liqasında daha iki oyun keçiriləcək

İdman Xəbər 8 Aprel 2026 09:39 (UTC +04:00)
Çempionlar Liqasında daha iki oyun keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk raundu davam edir.

Trend xəbər verir ki, bu gün daha iki ouun keçiriləcək

PSJ Parisdə İngiltərənin “Liverpul” klubunu qəbul edəcək.

Digər qarşılaşmada son İspaniya çempionu “Barselona” Madrid “Atletiko”sunu qonaq edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, bundan əvvəl “Bayern Münhen” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti