Bakı. Trend:
İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində 4 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hava zərbələri Tir şəhəri yaxınlığındakı bir neçə yaşayış məntəqəsinə endirilib.
Əl-Kalila kəndində isə Hizbullahın təcili yardım maşını bombalanıb. Hücum nəticəsində avtomobildə olan dörd nəfər həlak olub.