Bakı. Trend:
Qlobal xam neft hasilatının 2026-cı ildə gündəlik 1,92 milyon barel azalaraq 78,93 milyon bareldən 77,01 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) "Qısamüddətli enerji perspektivi" adlı hesabatının aprel ayı üzrə açıqladığı məlumatında qeyd edilib.
Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cı ilin birinci rübündə qlobal xam neft hasilatının gündəlik 77,28 milyon barel, ikinci rübdə gündəlik 72,94 milyon barel, üçüncü rübdə gündəlik 77,74 milyon barel, dördüncü rübdə isə gündəlik 80,03 milyon barel olacağı proqnozlaşdırılır.
Bununla yanaşı, qurumun 2027-ci il üçün qlobal xam neft üzrə hasilat proqnozu isə gqndəlik 80,82 milyon barel təşkil edir. EİA-nın proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal xam neft hasilatının gündəlik 80,50 milyon barel, ikinci rübdə gündəlik 80,41 milyon barel, üçüncü rübdə gündəlik 80,88 milyon barel, dördüncü rübdə isə gündəlik 81,49 milyon barel olacağı proqnozlaşdırılır.
