...

Suriya hava məkanını açıb

Dünya xəbərləri Materials 8 Aprel 2026 15:53 (UTC +04:00)
Suriya hava məkanını açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə ABŞ və İran arasında müvəqqəti atəşkəsin elan olunmasından sonra Suriya hava məkanını açdığını elan edib.

Trend xəbər verir ki, bu barədə "SANA" agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

Hava məkanının açılması ilə paralel olaraq Dəməşq Beynəlxalq Hava Limanı öz fəaliyyətini bərpa edib.

“Suriya yenidən bütün hava dəhlizlərini açıb və hava nəqliyyatını bərpa edib. Dəməşq Beynəlxalq Aeroportu öz normal fəaliyyətinə qayıdıb. O cümlədən müntəzəm qəbul və göndərişlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti