Bakı.Trend:
ABŞ hərbi əməliyyat zamanı İran Silahlı Qüvvələrini tamamilə məhv edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset keçirdiyi mətbuat konfransında bildirib.
“Epik Qəzəb” əməliyyatı İran ordusunu məhv edib və onu uzun illlərə döyüş qabiliyyətini itirməsinə bais olub”, -deyə Heqset vurğulayıb.
O əlavə edib ki, ABŞ dünyadakı ən böyük ordulardan birini öz döyüş qüdrətinin heç 10 faizindən istifadə etmədən darmadağın edib.
Heqset həmçinin ABŞ, İsrail və İran arasında atəşkəsi dəstəkləyib və bunu bütün dünyada sülh üçün vacib gün kimi qələmə verib.
