Birinci rübdə Azərbaycanın şəkər ixracından gəliri 28 milyon dollara yaxınlaşıb

İqtisadiyyat Materials 21 Aprel 2026 11:51 (UTC +04:00)
Birinci rübdə Azərbaycanın şəkər ixracından gəliri 28 milyon dollara yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 27,9 milyon ABŞ dolları dəyərində 42,5 min ton şəkər ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,7 milyon ABŞ dolları və ya 4,5 dəfə, həcm baxımından isə 33,4 min ton və yaxud 4,7 dəfə çoxdur.

Şəkər ixracı ölkənin bu ilin yanvar-mart aylarının ümumi məhsul ixracında 0,52%, qeyri-neft sektoru üzrə ixracında isə 3,24% paya malik olub.

Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanda 75,9 min ton şəkər və qənd istehsal edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 min ton və ya 14,6% çoxdur.

Bu ilin aprelin 1-i vəziyyətinə ölkədə sənaye müəssisələrinin anbarlarında hazır 14,1 min ton şəkər ehtiyatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti