...

Hörmüzdə gəmilərin sərbəst hərəkəti təmin olunmalıdır – Si Cinpin

Dünya xəbərləri Materials 20 Aprel 2026 19:34 (UTC +04:00)
Hörmüzdə gəmilərin sərbəst hərəkəti təmin olunmalıdır – Si Cinpin
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında gəmilərin hərəkəti sərbəst olmalıdır. Bu Yaxın Şərq regionundakı bütün ölkələrin maraqlarına uyğundur.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı bildirib.

“Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır, bu region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir”, – deyə Çin lideri vurğulayıb.

Si Cinpin həmçinin, Yaxın Şərqdə münaqişə tərəflərini dərhal atəşkəsə çağırıb.

O qeyd edib ki, Çin Yaxın Şərq ölkələrində mehriban qonşuluq, təhlükəsizlik və əməkdaşlıq mühitinin qurulmasını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti