Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü Fransanın Monako şəhərində atılıb.
Trend xəbər verir ki, tədbirdə bir-biri ilə qarşılaşacaq komandalar müəyyənləşib.
Qeyd edək ki, Çempionlar Liqasının əsas raundunda ilk turun oyunları sentyabrın 16–18-də keçiriləcək. Pley-off mərhələsinə isə fevralın 17–18-də start veriləcək. Turnirin final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.