...

“Beşiktaş” Məhəmməd Əl-Musratini İtaliya klubuna icarəyə verib

İdman Materials 28 Avqust 2025 16:34 (UTC +04:00)
“Beşiktaş” Məhəmməd Əl-Musratini İtaliya klubuna icarəyə verib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Məhəmməd Əl-Musratini icarəyə verib.

Trend xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını qarşıdakı bir il ərzində İtaliyanın “Verona” komandasında davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.

Liviyalı oyunçu ötən mövsüm Fransa təmsilçisi “Monako”da icarədə olub.

Məhəmməd Əl-Musrati 2024-cü ildə Portuqaliyanın “Braqa” klubundan “Beşiktaş”a keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti