...

20 su emalı müəssisəsində çirklənmə aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2025 17:01 (UTC +04:00)
20 su emalı müəssisəsində çirklənmə aşkarlanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb. Bu sahədə yoxlamalar davam etdirilir.

Uyğunsuzluq müəyyən edilmiş müəssisələr və su aparatı aşağıdakılardır:

Məhsulun adı

İstehsalçı

Ünvan

Su istehsalı müəssisələri

1

"Pak Su" əmtəə nişanlı su

Fiziki şəxs Aqşin Quliyev Salam oğlu

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi

şosesi 294B

2

"İceberg" əmtəə nişanlı su

Fiziki şəxs Elman Niftəliyev Elşən oğlu

Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsi,

ev 245

3

“Şeh Su” əmtəə nişanlı su

"Şeh Group" MMC

Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıbəyli küçəsi, ev 5

4

İçməli su

Fiziki şəxs Azər Dadaşov Balahəsən oğlu

Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllə, 6-cı korpus, 1-ci mərtəbə

5

"Saf Su" əmtəə nişanlı su

Fiziki şəxs Pərviz Ağayev Teymur oğlu

Bakı şəhəri, Binəqədi rayonu, 241A

6

"Arı" əmtəə nişanlı su

Fiziki şəxs Lalə Kərimova Eldar qızı

Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 2-ci döngə,

giriş 418-17

7

"Duruca" əmtəə nişanlı su

"İsaoğulları" MMC

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə atçılıq, Donuzkökəltmə sovxozu ərazisi

8

"Venera" əmtəə nişanlı su

"Asenat” MMC

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qaibov küçəsi 6

9

İçməli su

Fiziki şəxs Tarifxan Balabəyov Tahir oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, A.Göyüşov küçəsi

10

"İdeal" əmtəə nişanlı su

Fiziki şəxs Səttər Fərhadov Əli oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi, ev 42

11

“Duru Su” əmtəə nişanlı su

Fiziki şəxs Şamxal Salmanzadə Nərman oğlu

Bakı şəhəri, Suraxanı

rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87

12

İçməli su

Fiziki şəxs Səməd Əsədov İmanqulu oğlu

Bakı şəhəri, Binəqədi

rayonu, Neft prospekti,

3068-ci məhəllə

13

"Aqua Flot" əmtəə nişanlı su

"Zemz" MMC

Bakı şəhəri, Xətai

rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsi 5

14

"Suel" əmtəə nişanlı su

Fiziki şəxs Samir Fətəliyev Həzi oğlu

Bakı şəhəri, Nizami

rayonu, Ə.Vəliyev küçəsi 121

15

"Mono Su" əmtəə nişanlı su

"Buzdağı" MMC

Bakı şəhəri, Nizami

rayonu, B.Çobanzadə küçəsi, ev 1

16

"Butasu A" əmtəə nişanlı su

"Butasu A" MMC

Bakı şəhəri, Nərimanov

rayonu, H.Mirzəyev küçəsi, ev 4K

17

"Abşirin" əmtəə nişanlı su

Fiziki şəxs Sevda Zeynalova Nofel qızı

Abşeron rayonu, Novxanı kəndi

18

"Ayna Su" əmtəə nişanlı su

Fiziki şəxs Anar Fətullayev Bahadur oğlu

Abşeron rayonu, Qobu qəsəbəsi

19

"Assu" əmtəə nişanlı su

Fiziki şəxs Sakit İbrahimov Hüsi oğlu

Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, ev 36

20

"Abi Həyat" əmtəə nişanlı

Fiziki şəxs Bəylər Əzizov Abas oğlu

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi

Su aparatı

Məhsulun adı

İstehsalçı

Aparatın yerləşdiyi ünvan

1

"Su Az" əmtəə nişanlı su

“Su Az” MMC

Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 11b

Məqalədə:
Xəbər lenti

Xəbər lenti