...

Rəcəb Tayyib Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb (FOTO)

İdman Materials 28 Avqust 2025 17:03 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.

AFFA-dan Trend-ə verilən məlumata görə, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər.

Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.

Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.

Xəbər lenti

Xəbər lenti