...

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi xarici siyasətin ən yaddaqalan mərhələlərindəndir – Nazir müavini

Siyasət Materials 27 Avqust 2025 16:07 (UTC +04:00)
Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi xarici siyasətin ən yaddaqalan mərhələlərindəndir – Nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi ölkənin xarici siyasət fəaliyyətinin ən məhsuldar və yaddaqalan mərhələlərindən biri olub.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüşdə bildirib.

Nazir müavini söyləyib ki, sədrlik dövrü Azərbaycana Qoşulmama Hərəkatında beynəlxalq arenada rolunun gücləndirilməsinə və onun prinsiplərinin təşviqinə əhəmiyyətli töhfə vermək imkanı yaradıb:

“Rəsmi sədrlik müddətinin başa çatmasına baxmayaraq, Azərbaycan "Troyka sədrliyi"nin bir hissəsi olaraq təşkilatın fəaliyyətində fəal iştirak etməyə davam edir”.

"Ölkəmiz üçün bu, həqiqətən unikal və unudulmaz təcrübə olub. Hətta bu gün, "üçlük"də olduğumuz zaman, biz sədrlik dövründə irəli sürülən təşəbbüsləri dəstəkləməyə və iştirakçı dövlətlər arasında geniş əks-səda doğuran ideyaları təşviq etməyə səmimi şəkildə şadıq", - nazir müavini fikirlərini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti