...

AFFA "Karvan" və "Araz-Naxçıvan"ı cərimələdi

İdman Materials 27 Avqust 2025 14:14 (UTC +04:00)
AFFA "Karvan" və "Araz-Naxçıvan"ı cərimələdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

İclasda Premyer Liqanın 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Qurumun qərarlarına əsasən, "Kəpəz” – “Karvan” oyununda “Karvan”ın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan” klubu 1500 manat cərimə edilib.

Həmçinin, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimələnib.

Xəbər lenti

Xəbər lenti