Bakı. Trend:
Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvil verəcək.
Trend xəbər verir ki, bu barədə Odessada Ukrayna ilə Belçika, Niderland və Lüksemburq arasında keçirilən görüşdən sonra Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.
“Gələn ay sizə bir neçə F-16 verəcəyik”, - deyə Prevost bildirib.
Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdə minalardan təmizləyici gəmilər təqdim edəcək, həmçinin, qeyri-müəyyən sayda pilotsuz təyyarələr təhvil verəcək.