...

BYD elektromobillərdə sürət üzrə yeni dünya rekordu qırdı

Dünya xəbərləri Materials 27 Avqust 2025 05:54 (UTC +04:00)
BYD elektromobillərdə sürət üzrə yeni dünya rekordu qırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin avtomobil istehsalçısı BYD elektromobillər arasında sürət üzrə yeni dünya rekorduna imza atdığını açıqlayıb.

Trend xəbər verir ki, “Yangwang U9 Track Edition” hiperkarının trek versiyası Almaniyadakı ATP Automotive Testing Papenburg poliqonunda 472,41 km/saat sürət yığıb.

Bu göstərici ilə o, Xorvatiyanın “Rimac Nevera R” modelini geridə qoyub. Qeyd edək ki, “Nevera R” cari ilin iyulunda 431,45 km/saat nəticə göstərmişdi.

Xəbər lenti

Xəbər lenti