Bakı.Trend:
Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmiri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar
rayonunda 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı
İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri davam
etdirilir:
“Uzunluğu 26.7 kilometr olan avtomobil yolu uzun müddət təmir
olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən
yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən
qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki
dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər
genişləndirilir.
Hazırda 12 km hissəsi yararsız asfalt, 14.7 km hissəsi isə çınqıl örtüklü olanyolun Hiloba-Yasaoba-Əniqoba hissələrində torpaq işləri, süni qurğuların inşası və yol yatağının tikintisi işləri görülür”.
“Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol
nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və
yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə,
tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır. İşlərin
vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və
texnika cəlb edilib”məlumatda deyilir.