...

Lukas Vaskes “Bayer Leverkuzen”lə müqavilə imzaladı

Dünya xəbərləri Materials 27 Avqust 2025 07:18 (UTC +04:00)
Lukas Vaskes “Bayer Leverkuzen”lə müqavilə imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspan müdafiəçi Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək.

Trend Leverkuzen klubunun rəsmi saytına istinadla xəbər verir ki, 34 yaşlı futbolçu azad agent kimi “Bayer”ə keçib. Onun “Real Madrid”lə müqaviləsi ötən mövsümün sonunda başa çatmışdı. Yeni anlaşma 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Vaskes “Real Madrid”in əsas komandasında ilk oyununu 2015-ci ilin sentyabrında keçirib. Sonrakı on mövsümdə o, komandanın heyətində 402 oyuna çıxıb. Bu müddətdə müdafiəçi 23 kubok qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Xəbər lenti

Xəbər lenti