...

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

Dünya xəbərləri Materials 27 Avqust 2025 03:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın cənubunda üç fermada yüksək patogenli quş qripi (H5N1) epidemiyası baş verib.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) məlumat yayıb.

Təşkilatın məlumatına görə, virus Rakovski şəhərində ümumilikdə 28 min quşun olduğu fermalarda aşkar edilib. Bolqarıstan hakimiyyətinin hesabatında qeyd edildiyi kimi, bu təsərrüfatlardan ən azı ikisi ördək yetişdirməyə ixtisaslaşıb.

Qeyd olunur ki, Avropada quş qripinin yayılması səlahiyyətli şəxslər və quşçuluq sənayesi nümayəndələri arasında narahatlıq doğurur. Son illərdə virus ərzaq qiymətlərinin artmasına, tədarüklərin dayanmasına, Aİ iqtisadiyyatına ziyan vurmasına və insanlara yoluxma hallarının artmasına səbəb olub

Xəbər lenti

Xəbər lenti