...

Çində keçmiş məmur Lyu Sintay ölüm cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 27 Avqust 2025 01:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Haynan əyalətinin Xalq Məclisi Daimi Komitəsinin keçmiş sədr müavini Lyu Sintay əmlakı tam müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib.

Trend xəbər verir ki, Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən, o, 316 milyon yuandan (təxminən 45 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinib.

Quylin Şəhər Məhkəməsi Lyunu 2003-2024-cü illərdə Şandun və Haynan əyalətlərində yüksək vəzifələrdə çalışdığı müddətdə korrupsiyada ittiham edib. O, şirkətlərə və şəxslərə biznesdə köməklik göstərmək, müqavilələr əldə etmək və maliyyə vəsaitlərini bölüşdürmək üçün rüşvət alıb.

Lyu günahını etiraf edib, istintaqla fəal əməkdaşlıq edib və müsadirə edilmiş əmlakı könüllü qaytarıb. Məhkəmənin qərarına əsasən, Lyunun edamı iki il müddətinə təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti