Bakı. Trend:
Sahibkar harada olur-olsun, hər zaman biznesini düşünür. Çünki
iş dayanmır, biznes gözləmir. Yelo Bank isə bu ritmi anlayır,
sahibkarların gündəlik ehtiyaclarını dinləyir və onların işini
asanlaşdırmaq üçün daim yenilənir.
Bu yanaşmanın ardı kimi Yelo Bank, İnternet Bankçılıq xidmətini
yeniləyib. Yeni dizaynlı platforma daha sadə interfeys, daha çevik
əməliyyatlar və ikiqat təhlükəsizliklə sahibkarlara 24/7 bankçılıq
rahatlığı təqdim edir. İstər kompüterdə, istər smartfonda xidmətdən
eyni rahatlıqla istifadə etmək mümkündür.
Bankın məqsədi biznes sahiblərinə yalnız maliyyə xidmətləri təqdim
etmək deyil, həm də onların gündəlik iş yükünü azaltmaq, vaxtlarını
qorumaq və rəqəmsal imkanlarla gücləndirməkdir. Bu məqsədlə Yelo
Bank Azərbaycan bank sektorunda bir ilkə imza ataraq İnternet
Bankçılıq üzərindən reysqabağı texniki yoxlama ödənişi funksiyasını
istifadəyə verib. Bu xidmət sayəsində sərnişin və yük daşımalarında
istifadə olunan avtonəqliyyat vasitələrinin reysqabağı yoxlaması
üçün nəzərdə tutulan ödənişlər artıq onlayn şəkildə, istənilən
məkandan və vaxt itirmədən həyata keçirilə bilər.
Yelo İnternet Bankçılıq biznesini hər yerdə idarə etmək istəyən
sahibkarlar üçün yeniləndi. İndi istifadəyə başla, biznesini
rəqəmsal rahatlıqla idarə et: https://bit.ly/4fUhclX.
Yelo-dan mikro biznes
krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!