...

"SpaceX" hava şəraitinə görə "Starship" prototipinin 10-cu buraxılışını ləğv etdi

Dünya xəbərləri Materials 26 Avqust 2025 03:32 (UTC +04:00)
"SpaceX" hava şəraitinə görə "Starship" prototipinin 10-cu buraxılışını ləğv etdi

Bakı. Trend:

ABŞ-nin "SpaceX" şirkəti əlverişsiz hava şəraiti səbəbindən bazar ertəsi 10-cu sınaq uçuşunda "Starship" kosmik gəmisinin prototipi olan raketin buraxılışını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkənin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata əsasən, buraxılış saat 19:59-a Texasdakı "Starbase" kosmodromundan planlaşdırılıb.

"Pis xəbərimiz var, hava şəraitinə görə bu gün buraxılış baş tutmayacaq", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti