...

Azərbaycanla Suriya arasında mədəniyyət sahəsində birbaşa təmasın qurulmasına dair razılıq əldə olunub

Mədəniyyət Materials 26 Avqust 2025 18:48 (UTC +04:00)
Azərbaycanla Suriya arasında mədəniyyət sahəsində birbaşa təmasın qurulmasına dair razılıq əldə olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasınn mədəniyyət naziri Məhəmməd Yasin Salehlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında yazılıb.

"İki dost ölkə olan Azərbaycan və Suriya arasında mədəni əlaqələrin canlandırılması, 12 illik boşluğun doldurulması baxımından zəruri məsələdir.

Suriya Ərəb Respublikasınn mədəniyyət naziri Məhəmməd Yasin Salehlə dost xalqlarımız arasında məsafəni yaxınlaşdıracaq layihələrin və konstrukriv fikirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün Mədəniyyət Nazirlikləri arasında birbaşa təmasın qurulmasına dair razılığa gəldik", - paylaşımda bildirilib.

Xəbər lenti

Xəbər lenti