...

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 26 Avqust 2025 14:41 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinin şərh edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 16-na təyin olunmuş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti