...

Həvəskar futbolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

İdman Materials 26 Avqust 2025 13:24 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Trend xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər. Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub. “Məhəllə Uşaqları” yarışda ikinci yeri tutub.

III yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” FK bürünc mükafata yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti