Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi 864,3 milyon manat olub.
Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz artıb.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.