Bakı. Trend:
Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata əsasən, Qarabağ Universitetinə qəbul olanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb.
Trend xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, bu il 600-dən yuxarı bal toplayan 127 nəfər Qarabağ Universitetinin tələbəsi adını qazanıb.
Qeyd edilib ki, keçən il bu göstərici 101 nəfər olub.