Bakı: Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin iyul ayında orta hesabla 130.1-a bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi iyun ayı ilə müqayisədə 1.6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 7.6% artıb.
Trend-in rəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində ət və bitki yağları üzrə qiymət indeksi artıb, şəkər və taxıl məhsulları üzrə isə azalıb.
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 106.5 bənd təşkil edib:
- İyun ayına nisbətən 0.8 bənd (0.8 %) azalıb;
- Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.2 bənd (3.8%) azalıb.
Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:
- Şimal yarımkürəsində yüksək mövsümi tədarük fonunda buğda qiymətinin azalması;
- Sorqo qiymətinin azalması;
- Düyü qiymətinin azalması.
BİTKİ
YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi iyul ayında orta hesabla 166.8 bənd təşkil edib:
- İyun ayına nisbətən 11.1 bənd (7.1 %) artıb;
- Ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.8 bənd (23.6%) artıb.
Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:
- Beynəlxalq palma yağı qiymətləri qiymət rəqabət qabiliyyətinin artması fonunda qiymətinin artması;
- Amerika Birləşmiş Ştatlarında bioyanacaq sektorundan daha yüksək xammal tələbi gözləntilərinin təsiri fonunda soya yağının qiymətinin artması.
ƏT
MƏHSULLARI
Ət Qiyməti İndeksi iyul ayında orta hesabla 127.3 bənd təşkil edib:
- İyun ayına müqayisədə 1.5 bənd (1.2 %) artıb;
- Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 bənd (6.0%) artıb.
Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:
- Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksək tələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb və Okeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətinin artması;
- Braziliya ixrac qiymətlərinin artması fonunda quş əti qiymətinin artması.
SÜD
MƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi iyul ayında orta hesabla 155.3 bənd təşkil edib:
- İyun ayı ilə müqayisədə 0.2 bənd (0.1%) azalıb;
- Ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.4 bənd (21.5%) artıb.
Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:
- Okeaniya aşağı kotirovkalar fonunda kərə yağı qiymətinin azalması;
- Okeaniyadan geniş ixrac tədarükü və xüsusilə Çin və digər əsas Asiya bazarlarından idxal tələbinin azalması fonunda tam və yağsız süd tozu qiymətlərinin azalması.
ŞƏKƏR
Şəkər Qiymət İndeksi iyul ayında orta hesabla 103.3 bənd təşkil edib:
- May ayına nisbətən 0.2 bənd (0.2 faiz) azalıB;
- Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2 bənd (13.5 %) azalıb.
Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri:
- 2025/26 -cı illərdə qlobal şəkər istehsalının mümkün bərpası ilə bağlı ilkin proqnozlar fonunda şəkər qiymətinin azalması;
- Hindistan və Taylandda gözləniləndən yüksək hasilat gözləntiləri fonunda şəkər qiymətinin azalması.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,6 faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,3 faiz təşkil edib.
Təkcə 2025-ci ilin iyul ayında isə ölkədə istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 99,9 faizə bərabər olub.