Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub.
Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Nuray Babək qızı Sasani Bakı Xoreoqrafiya Akademiyasının, 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayşən Aydın qızı Quliyeva Gəncə Dövlət Universitetinin, 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakini Zakir Amid oğlu Ələkbərli isə Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanıblar.