Bakı. Trend:
Xocavənd şəhəri və Xocavənd kəndi ərazisində yaşayış evlərinin layihələndirilməsinə başlanılır.
Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını “Era Design Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 960 263 manat ödənilib.
İşlərin həvalə olunduğu “Era Design Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Muxtarov Mahir Eminağa oğludur.