Bakı. Trend:
Bakıda yataqxana binasında yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məliumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.