...

ABŞ özəl şirkətlərdə pay almağa davam edəcək - Tramp

Dünya xəbərləri Materials 26 Avqust 2025 07:13 (UTC +04:00)
ABŞ özəl şirkətlərdə pay almağa davam edəcək - Tramp

Bakı. Trend:

ABŞ administrasiyası "Intel" ilə bənzər iri özəl şirkətlərdə səhmlərin alınmasını davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Donald Tramp Ağ Evdə cənubi koreyalı həmkarı Li Çje Myonla görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ondan "Intel" şirkətinin səhmlərinin 10%-nin köçürülməsi ilə bağlı razılaşmanı və onun administrasiyasının iri sənaye müəssisələri ilə bağlı siyasətini şərh etməsi istənilib.

"Bəli, [belə razılaşmaların] başqa halları da olacaq. İmkanım olsa, mən də belə edərəm. Onda da, bilirsən, “bu biabırçılıqdır” deyəcək axmaq adamlar olacaq. Bu biabırçılıq deyil. Əgər kimsə sizə şirkətin 10 faizini verməyə hazırdırsa və siz bunun üçün pul ödəmirsinizsə, buna biznes deyilir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti