Bakı. Trend:
"Çıraq-1” və "Çıraq-2” kiçik su elektrik stansiyalarında (KSES)
indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum
olub.
Trend Energetika
Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 8,33 MVt olmaqla,
hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı
derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən
iyulun 1-dək 51 milyon kVt-st elektrik enerjisi istehsal
edilib.
Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü
6,0 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin
iyul ayınadək 40,4 milyon kVt-st elektrik enerjisi istehsal
edilib.
Xatırladaq ki, 2023-cü ilin 25 avqust tarixində Kəlbəcər rayonunun
Tərtər çayı üzərində yerləşən “Çıraq-1” və Qaraarxac çayı
üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyaları istismara
verilib.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən
təmiz "yaşıl enerji" istehsal olunur.
"Çıraq-1” və "Çıraq-2” KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
