Bakı.Trend:
“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Dövlət Xidmətinin ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sahəsində səlahiyyəti ləğv edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq ilkin hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirəcək və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparacaq.