Bərdə. Trend:
Bərdə rayonunun Alpoud kəndi ərazisində traktorun minik avtomobili toqquşması nəticəsində xəsarət alanların adı məlib olub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə,Bərdədə baş verən qəzada xəsarət alan rayonun Məmmədli kənd sakinləri, 1958-ci il təvəllüdlü Həsənov İlham Vəli oğlu, 1964-cü il təvəllüdlü İsmayılov Qoşqar Həsən oğlu, 1974-cü il təvəllüdlü Gülməmmədov Etibar İsmayıl oğlu, 1994-cü il təvəllüdlü Qasımov Elməddin Murad oğlu, 1955-ci il təvəllüdlü Yaqubov Əvəz Səfər oğlu və Cabbarov Şaiq adlı şəxs xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
xxx
17:57
Bərdə rayonunun Alpoud kəndi ərazisində hərəkətdə olan traktor "Toyota" markalı avtomobil ilə toqquşub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı minik avtomobili aşıb traktorun isə təkəri açılıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.