...

Misirdə 7 tələbə dənizdə boğularaq ölüb

Dünya xəbərləri Materials 25 Avqust 2025 03:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirdə 7 tələbə İsgəndəriyyənin qərbindəki Əl-Əcəmi bölgəsindəki çimərlikdə boğulub.

Trend xəbər verir ki, daha 24 nəfər xilas edilib və onlara tibbi yardım göstərilib.

Məlumata görə, 147 tələbədən ibarət qrup təhsil məqsədilə İsgəndəriyyəyə səfər edib. Çimərlikdə üzməyi qadağan edən qırmızı bayraq qaldırılsa da, gənclərdən biri suya gedib və güclü dalğalar onu aparıb. Bir neçə tələbə yoldaşlarını xilas etmək üçün suya tullanıb, lakin onlar da həlak olublar.

Ölənlərin yaşları 15-21 arasındadır.

Xəbər lenti

Xəbər lenti