...

Avropa poçt xidmətləri ABŞ-yə bağlamaların göndərilməsini dayandırır

Dünya xəbərləri Materials 25 Avqust 2025 08:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın bir sıra poçt xidmətləri minimum idxal rüsumlarının güzəştli rejiminin sona çatması ilə bağlı qeyri-müəyyənlik səbəbindən ABŞ-yə bağlamaların göndərilməsini dayandırıb və ya tamamilə ləğv edib.

Trend xəbər verir ki, məlumatı “Axios” portalı yayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl gömrük dəyəri 800 dollara qədər olan malların rüsumsuz idxalını nəzərdə tutan rejimi ləğv edib.

Ağ Evin qərarına əsasən, avqustun 29-dan etibarən artırılmış tariflərin tətbiq olunduğu bütün ölkələrdən gələn xarici bağlamalara rüsumlar tətbiq olunacaq.

Portalın məlumatına görə:
“Avropanın bir sıra poçt agentlikləri güzəştli rüsumun bu həftə başa çatması ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək ABŞ-a göndərişləri dayandırmağa və ya tamamilə ləğv etməyə başlayıb.”

Xəbər lenti

Xəbər lenti