...

Norveç Ukraynaya hava hücumundan müdafiə sistemlərini göndərəcək

Dünya xəbərləri Materials 24 Avqust 2025 10:41 (UTC +04:00)

Bakı. Trend:

Norveç Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün təxminən 7 milyard kron (695 milyon dollardan çox) ayıracaq.

Trend-in məlumatına görə, bu bərədə ölkə hökuməti bildirib.

"Norveç [Ukraynanın] hava hücumundan müdafiəsi üçün təxminən 7 milyard kron ayırır. Hava hücumundan müdafiə sistemləri Almaniyadan tədarük ediləcək", - deyə qeyd olunub.

Məlumata əsasən, Norveç və Almaniya Ukrayna üçün tam sursatla birlikdə iki Patriot zenit-raket kompleksinin alınmasının maliyyələşdirilməsinə dair razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti